"ExxonMobil" şirkətinə məxsus neft zavodunda yanğın baş verib


Dünya 01 Avq 2019 08:53:00 237 0

"ExxonMobil" şirkətinə məxsus neft zavodunda yanğın baş verib

ABŞ-ın Texas ştatının Beytaun şəhərində "ExxonMobil" şirkətinə məxsus neft emalı zavodunda güclü yanğın baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 37 nəfər yaralanıb.

Bildirilir ki, onların həyatı üçün təhlükə yoxdur.