Azərbaycana bu ölkələrdən gələn turistlərin sayı


Digərləri 01 Avq 2019 08:46:00 248 0

Azərbaycana bu ölkələrdən gələn turistlərin sayı

Son 6 il ərzində Azərbaycana İraq, Pakistan, Hindistan, Türkmənistan, İsrail, Çin, Koreya, Türkmənistan və Yaponiyadan gələnlərin sayında hiss edilən səviyyədə artım baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, 2013-cü ildə İraqdan Azərbaycana 991 nəfər gəldiyi halda 2018-ci ildə onların sayı 68 dəfə çoxalaraq 67 514 -ə yüksəlib.

Səudiyyə Ərəbistanından Azərbaycana 2013-cü ildə 479, 2018-ci ildə 73 284 nəfər səfər edib.

Pakistandan Azərbaycana gələnlərin sayında da böyük - - 20 dəfəyə yaxın artım müşahidə edilib. 2013-cü ildə Azərbaycana Pakistandan 1 767 , 2018-ci ildə 41 307 nəfər gəlib.

Hindistandan ölkəmizə gələnlərin sayı 10 dəfəyə yaxın artıb. 2013-cü ildə Azərbaycana 4 791, 2018-ci ildə 39 051 nəfər gəlib.

Türkmənistandan ölkəmizə gələnlərin sayında isə 7 dəfəyə yaxın artım olub. 2013-cü ildə Türkmənistandan 4 766, 2018-ci ildə 28 305 nəfər ölkəmizə səfər edib.

Ötən müddətdə İsraildən Azərbnaycana gələnlərin sayı 6 dəfədən çox artıb. 2013-cü ildə həmin ölkədən Azərbaycana 6 989, 2018-ci ildə 40 158 nəfər gəlib.