Game of Thronesun yaradıcıları HBOdan ayrılır


Digərləri 01 Avq 2019 08:31:00 222 0

Game of Thronesun yaradıcıları HBOdan ayrılır

Qırdığı izlənmə rekordlarının yanında son mövsümü ilə ürəyimizi parça-parça edən Game of Thrones, HBO-dan  çıxmaq üçün hazırlıqlar görür. Serialının yaradıcıları David Benioff və Dan Weiss-ın anlaşmaya yaxın olduğu qurumlar Amazon, Netflix və Disney kimi qeyd edilib.

Son.az chip.az-a istinadən bildirir ki, Variety jurnalı və Hollivud Reporter-ın xəbərlərinə görə Amazon, Netflix və Disney, Game of Thrones-un yaradıcıları David Benioff və Dan Weiss ilə müqavilə bağlamaq üçün rəqabət içindədilər.   Hollivud Reporter-ın dediklərinə görə, ikili Amazon ilə razılığa gəlməyə çox yaxın idi. Amma Netflix olduqca diqqətçəkən bir təklif edərək rəqabətə daxil olub.

Rəqabətdə olan üçüncü ad Disney, ikiliyə Fox televiziyalarında yayımlanacaq film və serial layihələri ilə yanaşır.

Amazon daha əvvəl 150 milyon dollarlıq müqavilə ilə Westworld-ın yaratıcıları Lisa Joy və Jonah Nolan ilə danışıqlar aparmışdı. Məlumata görə Benioff ve Weiss 200 milyon dollarlıq bir anlaşma quraraq Westworld yaradıcılarının etdiyi anlaşmanı keçməyi planlaşdırır.

Mənbələrə görə ikili, müqavilədən qazandıqları pul ilə öz şirkətlərini qurmaq istəyir.