Apple şirkəti bu il 2 yeni iPad modeli təqdim edə bilər


Digərləri 01 Avq 2019 08:25:00 252 0

Apple şirkəti bu il 2 yeni iPad modeli təqdim edə bilər

Artıq məlumdur ki, Apple şirkəti 5 yeni iPad modelini qeydiyyatdan keçirdib. Lakin yeni məlumatlara əsasən bu siyahıya iki yeni iPad modeli daha əlavə oluna bilər. Bu barədə Apple Insider saytına istinadən Gagadget saytı xəbər verib. Məlumata əsasən əlavə iki iPad modeli A2200 və A2232 model nömrələrinə sahibdirlər. Çox güman ki, bunlar 10.2 düym və 10.5 düym ölçülü ekranlara sahib iPad modelləridir.

Son.az technote.az-a istinadən bildirir ki, bu iki iPad modeli iPadOS əməliyyat sistemi vasitəsilə çalışacaq. Adətən Apple şirkəti öz ticarət nişanlarını təqdimatdan bir neçə ay öncə qeydiyyatdan keçirdir. Buna görə də yeni iPad modelləri barəsində daha ətraflı məlumatların sentyabr ayının ortasında bilinəcəyi gözlənilir. Bir neçə müddət bundan öncə isə şirkət 5 ədəd iPad modelini qeydiyyatdan keçirtmişdi: iPad Mini, iPad, iPad Air, 11 düym ekrana sahib iPad Pro və 12.9 düym ekrana sahib iPad Pro.