Hər iki filmin gəliri 1 milyard dolları keçdi


Digərləri 01 Avq 2019 08:15:00 308 0

Hər iki filmin gəliri 1 milyard dolları keçdi

Rejissorluğunu Con Watts-ın etdiyi və Tom Hollandla yanaşı, Samuel L. Jackson, Jake Gyllenhaal kimi usta aktyorların da tərkibində olduğu Marvel-in 2-ci Spider-Man filmi Far From Home, bir milyard dollar kassa səddini keçməyi bacardı. Far From Home, Marvel filmləri arasında bu uğura nail olan 9-ci film oldu.

Son.az chip.az-a istinadən bildirir ki, Marvel filmləri kassada külək kimi əsməyə davam edir. Marvel Kino Aləmindəki 2-ci Spider-Man filmi olan Spider-Man: Far From Home, kassada 1 milyard dolları ötüb keçməyi bacarıb. Studiyanın 1 milyard səddini keçən 9-ci filmi olan Far From Home, bu uğuru əldə edən ilk Spider-Man filmi adını da qazanıb.   Marvel və Sony arasındakı qəhrəmanların qarışıq yayım hüquqları səbəbindən Hörümçəyin qazandırdığı pul Disney-ə deyil, Sony-a gedir. Bundan başqa, Far From Home Sony tərəfindən də 1 milyard keçidini keçən 2-ci film oldu. İlk film isə 2012-ci ildə çıxan James  Bond filmi olan Skyfall idi.

Far From Home, Marvelın 2019-cu ildə 1 milyard dollar kassaya çatan 3-ci filmidir. Bu uğuru bu il ərzində əldə edən digər iki film isə Avengers: Endgame və Captain Marveldir. Deyə bilərik ki, Marvel 2019-cu ildə çıxardığı bütün filmlərdə 1 milyard səddini aşıb. Marvel-in bir milyard səddini keçən digər filmləri Avengers seriyası, Black Panther, Iron Man 3 və Captain America Civil War-dır.

Qeyd edək ki, eyni zamanda Rejissor Qay Riçinin "Aladdin" filminin dünya kinoteatrlarındakı seanslardan topladığı yekun gəlir 1 milyard dolları ötüb.