Pokemon oyunu Google Playdən qaldırılır


Digərləri 01 Avq 2019 08:01:00 267 0

Pokemon oyunu Google Playdən qaldırılır

Pokemon Company-nin ilk vaxtlarında sevilməsinə baxmayaraq son zamanlar çox tənqidə məruz qalan oyunu Pokemon Duel 31 oktyabrda Google Play Store-dən qaldırılacaq. Bunun bir səbəbinin oyunun son zamanlarda çıxan səhvlər səbəbindən oynanılmaz hala gəldiyi düşünülərkən, digər bir səbəbinin isə yeni çıxacaq olan Pokemon Masters oyunu olduğu güman edilir.

Son.az chip.az-a istinadən bildirir ki, Pokemon Duel, Pokemon fiqurlarını dünyanın hər yerindəki insanlarla birlikdə rəqabət etdirəcəyiniz masa oyunudur. Pokemon Go kimi böyük bir uğura imza atmasa da WCCFtech'ə görə Pokemon Duel, Google Play Store-də çıxdığı gündən bəri 38 milyon dəfə yüklənilib. Oyun 2017-ci ilin yanvar ayından bəri mağazada var.   Amma sizə pis bir xəbərimiz var. Oyun 31 oktyabrda  Google Play Store-dən qaldırılacaq. Hazırda oyunun səhifəsinə girsəniz son zamanlar istifadəçilər tərəfindən yazılan şikayətləri görə bilərsiniz. Şikayətlərdə yeni gətirilən fiqurların keçmişləri işə yaramaz hala gətirdikləri və oyundakı səhvlərin artıq oyunu təhrif etdiyi də yer alır.   Pokemon Company-nin nəyə görə Pokemon Dueli mağazadan qaldıracağı məsələsində isə bəzi nəzəriyyələr var. Bunlardan biri oyunu əvvəllər olduğu kimi pul ödəmədən oynayan adamları artıq cəlb etmir. Bir digəri isə Pokemon Masters-in həm iOS və Android platformalarına gələcək olması ilə birlikdə Pokemon Company-nin özü ilə rəqabət etmək istəməməsidir.   Pokemon Masters-in yaz ayında çıxması gözlənilir.