ABŞ qırıcısı Kaliforniyada qəzaya uğrayıb


Dünya 01 Avq 2019 08:08:00 222 0

ABŞ qırıcısı Kaliforniyada qəzaya uğrayıb

ABŞ Hərbi Dəniz Qüvvələrinin qırıcısı Kaliforniyadakı "China Lake" HDQ bazasının yaxınlığında qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, yerli vaxtla səhər saat 10.00-da F/A-18E qırıcısı "China Lake" HDQ bazasının yaxınlığında qəzaya uğrayıb. Axtarış və xilasetmə işləri davam edir.