Allergiya, çeliakiy, bağırsaq iltihabında pəhriz Nə yeməli, nədən imtina etməli?


Digərləri 31 İyl 2019 23:54:00 261 0

Allergiya, çeliakiy, bağırsaq iltihabında pəhriz  Nə yeməli, nədən imtina etməli?

Allergiya, çeliakiy, qıcıqlanmış bağırsaq sindromu, bağırsaq iltihabında uzun müddətli remissiya üçün xüsusi eliminasion pəhrizlər var ki, müalicədə dərmanla yanaşı mütləq tətbiq olunmalıdır ki, xəstədə sağalma olsun. Bu dietalar xəstəliyi qıcıqlandıran amillərdən qoruyur, toxumaların iltihabını azaldır, maksimum balanslaşdırılmış qidalanma ilə xəstəni mineral, vitaminlərlə təmin edir. 

Son.az medicina.az-a istinadən bu pəhrizlərin bəzilərini təqdim edir.

Elminasion pəhrizlərə bunlar aiddir:

-Hipoallergen dieta -Qlütensiz dieta -FODMAP dieta -GAPS dieta

Allergiyalı xəstələrə pəhriz

Allergiyanın kəskin dövründə pasiyentlər bu məhsullardan qəti imtina etməlidir: qoz, sitrus meyvələri, yumurta, süd, buğda, şəkər, alkoqol, qlüten, mal əti, kolbasa-sosis, soya, qırmızı balıq.  Sadə elminasion pəhriz hər hansı qidaya allergiya və həzm dözümsüzlüyünü aşkar edə bilir. 

İstər böyük,istər uşaq xəstələri mərhələli şəkildə hərdən 1-2-4 ərzağı rasiondan çıxarır və bədənin reaksiyasına baxır. Əgər allergiya keçib gedirsə, deməli, bu qidalardan biri allergendir. Bir müddət sonra imtina edilən o ərzaqlar bir -bir atrılıqda və arada fasilə olmaqla, yenidən rasiona salınır. O zaman siz dəqiq hansı qidadan allergiya olduğunuzu biləcəksiz və ondan həmişəlik uzaq duracaqsız. 

Qlütensiz pəhriz

Çeliakiy  bağırsağa qlüten tərkibli ərzaqların düşməsi nəticəsində bağırsaq divarının iltihabına səbəb olan xəstəlikdir. Bu xəstəlik xüsusi analizlə təsdiq olunsa, qlüteni qidadan xaric edən kimi sağalma, remissiya baş verir. Qlütensiz pəhriz bu xəstələr üçün su qədər vacibdir. Buğda, vələmir, yulaf, mannı, bulğur, kartof fri, hot doq, çips, lavaş,soya, peçenye, şirniyyat və s. tamamilə çıxarılmalı, qlütensiz hazırlanan çörək və məmulatlar yeyilməlidir. Bu pasiyentlər yedikləri hər bir qidanın etiketini diqqətlə oxumalıdır