"Mayak" filminin treyleri işıq üzü görüb


Digərləri 31 İyl 2019 23:16:00 236 0

"Mayak" filminin treyleri işıq üzü görüb

"A 24" kinokompaniyası Vilyam Defo və Robert Pattisonun iştirakı ilə çəkilən "Mayak" adlı kinolentin treylerini təqdim edib. Çarx kompaniyanın "Youtube" kanalında yerləşdirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, filmin rejissoru Robert Eqqresdir.

Ağ-qara rəngdə çəkilən bu dəhşətli film ABŞ-ın Men ştatında XIX əsrdə yaşayan iki mayak işçisinin gündəlik həyatından bəhs edir.

Xatırladaq ki, ekran əsərinin premyerası Kann kinofestivalında "Fipressi" mükafatı qazanıb.