AFRdə islamofobiyanın artmasını Daxili İşlər Nazirliyi də etiraf edib


Dünya 31 İyl 2019 22:30:00 293 0

AFRdə islamofobiyanın artmasını Daxili İşlər Nazirliyi də etiraf edib

AFR Daxili İşlər Nazirliyinin məlumatına görə, 2017-ci ildə Almaniyada islamofobiya zəminində törədilmiş 1075 cinayət qeydə alınıb. 239 hadisə məscidlərə hücumlarla bağlı olub. 2018-ci ilin 9 ayı ərzində müsəlmanlara hücum nəticəsində 40 nəfər yaralanıb. Müqayisə üçün: 2017-ci ilin müvafiq dövründə bu zəmində yaralananların sayı 27 nəfər, bütün il ərzində 32 nəfər olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Bertelsman adına Fondun bu günlərdə dərc edilmiş məruzəsində Almaniya cəmiyyətində sağçı radikal əhval-ruhiyyənin güclənməsi qeyd olunur. Fondun məlumatına görə, Almaniya sakinlərinin orta hesabla iki nəfərindən biri islama ehtiyatla yanaşır, onu təhlükə mənbəyi hesab edir. Maraqlıdır ki, Almaniyanın şərqində, müsəlmanların az olduğu hissədə islam dininə şübhəli münasibət ölkənin qərb hissəsi ilə müqayisədə daha güclü ifadə olunub (50 faizə qarşı 57 faiz).