Yabanı bitki sandığımız möcüzəvi AMARANT İltihabdan xərçəngə qədər bütün xəstəliklərə ÇARƏdir


Digərləri 31 İyl 2019 22:10:00 222 0

Yabanı bitki sandığımız möcüzəvi AMARANT  İltihabdan xərçəngə qədər bütün xəstəliklərə ÇARƏdir

Qədim zamanlarda amarant dini ayinləri zamanı və həm də qida kimi çox geniş istifadə olunurdu. Əsrlər keçdi, amarant unuduldu və daha çox yabanı bitki kimi tanınmağa başladı.

Lakin indi bu bitkiyə olan maraq artmaqdadır, onun inanılmaz qidalı və müalicəvi xüsusiyyətləri aşkar olunub.

Son.az saglamolun.az-a istinadən amarantın unikal müalicəvi xüsusiyyətlərini sizə təqdim edir:

- Toxumaların bərpasını stimullaşdırır

- İltihabları azaldır

- Xroniki xəstəliklərin və o cümlədən xərçəngin riskini azaldır

- Təzyiqi salır

- Sümükləri daha bərk edir

- Damarları möhkəmləndirir

- Saçları gözəl və sağlam edir, saçların ağarmasını ləngidir

- Artıq çəkidən xilas edir

Mütəxəssislərin fikrinə görə amarantın bütün hissələri (gövdə və yarpaqları, kökü, toxumları)  faydalıdır və qidalanmada istifadə oluna bilər.

Amarantda olan zülalların miqdarı toyuqda olan züllallarla demək olar eynidir. Həmçinin bu bitki bir çox vitaminlər (A, C, E, B qrupu), liflər, kalsium, fosfor, kalium, maqnezium, mis, dəmirlə zəngindir.

Amarantın toxumları dünyada "super-fud" sayılır. Mütəxəssislər onların qidalı xüsusiyyətlərini çox yüksək qiymətləndirərək uşaqların qidalanmasına daxil etməyi tövsiyə edirlər. Amarant toxumlarında qlüten yoxdur ki, bu da onları qlütenə dözülməzliyi olan uşaq və böyüklər üçün faydalı edir.