"Gözəlçə" filminin ulduzundan İNANILMAZ SÖZLƏR: "Təsəvvür edə bilməzsiniz ki..." FOTO FOTO


Digərləri 31 İyl 2019 22:04:00 286 0

"Gözəlçə" filminin ulduzundan İNANILMAZ SÖZLƏR: "Təsəvvür edə bilməzsiniz ki..."  FOTO  FOTO

Dünyaca məşhur Hollivud aktrisası Culiya Roberts hesab edir ki, qadın ilk növbədə qəlb vəziyyətinin qeydinə qalmalıdır, makiyaj, saç və digər zahiri məsələlər ikinci dərəcəli rol oynayır. O, sensasiyalı açıqlamasında sadəcə xahiş etmir, bütün qadınlara yalvarır ki, aktiv həyat tərzi sürsün. Aktrisanın sözlərinə görə, qadınların öz təbiətinə qarşı çıxmağa və ona ziyan vurmağa heç bir haqqı yoxdur.

Son.az oxucuları "Gözəlçə" filmi ilə böyük şöhrət qazanan Culiya Robertsin qadınlara ünvanladığı məktubu ilə tanış edir:

"Mükəmməllik bir çox millətin məruz qaldığı xəstəlikdir. Bir ton makiyaj çəkir, mütəmadi olaraq üzümüzə bir şey yapışdırır və ya ideal bədən formalarını qorumaq üçün özümüzü aclıqla üzürük. Həmişə ehtiyacımız olmayan şeyləri düzəltmək istəyirik. Halbuki, ilk növbədə qayğısına qalmalı olduğumuz məsələ diqqətdən kənar qalır. Bilirsiniz o, nədir? Ruhun vəziyyəti. Məhz o daha geniş baxım və qayğıya ehtiyac duyur. Odur ki, bununla məşğul olmaq zamanı yetişdi.

Bəsit bir misalla izah edim: Özünü sevmirsənsə, başqasının səni sevməsi üçün necə gözləyə bilirsən. Görünüşünüzü dəyişdirməklə özünüzdən razı qaldığınızı deyə bilərsiniz? Cavab sadədir: Xeyr. İçəridə bir boşluq varsa, dünyaya necə baxmağın heç bir əhəmiyyəti olmadığını anlamasınız.

Bu gün elan edirəm: Artıq makiyaj çəkməyəcəm, başqasının üzünü geymək istəmirəm. Maskaları çıxartmağın vaxtı gəldi. Qırışlarım olduğunu bilirəm, amma onları görmək istəyirəm. Nəticədə bu, həqiqi mənəm. Və məni olduğu kimi qəbul etmək istəyirəm. Bu gün hər kəs başını itirib və zahiri görkəmdə ilişib qalıb.

Təsəvvür edə bilməzsiniz ki, əslində uzadılması mümkün olmayını başınıza soxan və sizi buna maliyyə yatırmağa inandıran kosmetologiya və kosmetoloji şirkətlər nə qədər qazanır. Həqiqətən hesab edirsiniz ki, ağrılı prosedurlar sizi daha gənc edir? 21-ci əsrin gözəlllik prinsiplərini açıq şəkildə anormal adlandırmaq olar. Bu, gözəllik steroidləri bir virus kimi dünyaya yayılıb. Bu, qorxuncdur!


Xəbərə aid fotolar