İsrail Avropa Kosmik Agentliyi ilə birlikdə kosmosda 4 elmi eksperiment aparacaq


Digərləri 31 İyl 2019 21:50:00 258 0

İsrail Avropa Kosmik Agentliyi ilə birlikdə kosmosda 4 elmi eksperiment aparacaq

İsrail Avropa Kosmik Agentliyi (ESA) ilə birlikdə kosmosda 4 elmi eksperiment aparacaq. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə The Jerusalem Post nəşri məlumat yayıb.

Qəzetin məqaləsində bildirilir ki, bu proqram ESA-nın kosmik missiyasının tərkib hissəsidir və İsrailin Elm və Texnologiyalar Nazirliyi, habelə "Space Pharma" firması ilə birlikdə həyata keçiriləcək. Layihənin məqsədi alimlərə açıq kosmos şəraitində bakteriyalar üzərində tədqiqatlar aparmağa imkan yaratmaqdır. Tədqiqatın iştirakçılarından biri bildirib ki, İsrailin "Şiba" tibb mərkəzinin kosmosa göndərəcəyi materiallar tibb elminin inkişafı baxımından əhəmiyyətlidir və çəkisizlik şəraitində unikal eksperimentlər keçiriləcək. Əsas tədqiqatlar italiyalı və israilli alimlər tərəfindən aparılacaq. Birinci eksperimentin gedişində yerin cazibə qüvvəsinin olmadığı şəraitdə bakteriyaların antibiotiklərə qarşı reaksiyası öyrəniləcək.

Bundan başqa, daha iki eksperimentdə alimlər bəzi fermentlərin xəstəliyə səbəb olan bakteriyaları məhv etməsini və albumin zülalının qanın molekullarında kök salmasını tədqiq edəcəklər. Bu, insanın immun sisteminin düzgün işləməsi baxımından əhəmiyyətlidir. Sonuncu eksperiment isə DNT molekullarının davranışı arasında korrelyasiyaların aşkar edilməsinə və orqanizmin qocalması proseslərinə həsr ediləcək.