Fil avtomobilə hücum edib


Dünya 31 İyl 2019 21:59:37 278 0

Fil avtomobilə hücum edib

Hindistanın Karnataka ştatında milli parkların birində fil ekskursiya avtomobilinə hücum edib.

Son.az Trend-ə istinadən bildirir ki, fil avtomobilin ön şüşəsini sındırıb.

Daha sonra fil hadisə yerindən uzaqlaşıb. Hücum zamanı xəsarət alanların olmadığı deyilir.

Qeyd olunur ki, fil avtomobilin onun ərazisinə daxil olmasından qıcıqlanıb.