Danimarka hökuməti qaçqınların bu ölkədə məskunlaşmasına icazə verib


Dünya 31 İyl 2019 21:30:00 233 0

Danimarka hökuməti qaçqınların bu ölkədə məskunlaşmasına icazə verib

Danimarka hökuməti qaçqınların ölkəsində məskunlaşmaları üçün BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığına müraciət edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Danimarkanın İmmiqrasiya və İnteqrasiya naziri Mattias Tesfaye ölkəsinin bu ildən qaçqınları qəbul etmək imkanlarının olduğunu və onların yerləşdirilməsinin BMT-nin müəyyənləşdirdiyi kvota əsasında reallaşacağını bildirib. Nazir əlavə edib ki, Danimarkanın hər il 500 qaçqını qəbul etmək imkanı var.

Qeyd edək ki, Danimarka hökumətinin bu qərarı ölkədə baş verən iqtidar dəyişikliyindən sonra olub. İyun ayının 5-də keçirilən seçkilərdən sonra iqtidarda Sosial Demokrat partiyası təmsil olunur.