Rusiyanın hərbi gəmiləri Bakıya gəlib VİDEO FOTO


Siyasət 31 İyl 2019 21:05:00 233 0

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib  VİDEO  FOTO

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında "Beynəlxalq Ordu Oyunları-2019" yarışları çərçivəsində keçiriləcək "Dəniz Kuboku" müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının "Mahaçkala" və "Volqodonsk" kiçik artilleriya gəmiləri iyulun 31-də Bakıya gəlib.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, qarşılanmadan sonra Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov Rusiya HDD-nın Xəzər flotiliyasının nümayəndəsi 1-ci dərəcəli kapitan Sergey Yekimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Tərəflər "Beynəlxalq Ordu Oyunları-2019" yarışları çərçivəsində keçiriləcək "Dəniz Kuboku" müsabiqəsinin təşkilinə dair fikir mübadiləsi aparıblar.


Xəbərə aid fotolar