BMT: 2018ci ildə silahlı münaqişələrdə 12 min azyaşlı ölüb və ya şikəst olub


Dünya 31 İyl 2019 21:10:00 93 0

BMT: 2018ci ildə silahlı münaqişələrdə 12 min azyaşlı ölüb və ya şikəst olub

Birləşmiş Millətlər Təşkilatının yeni hesabatında deyilir ki, 2018-ci ildə silahlı münaqişələrdə 12 min azyaşlı ölüb və ya şikəst olub. Son.az AZƏRTAC-a istinadən bildirir ki, hesabat münaqişələrin olduğu 20 ölkədə aparılan tədqiqatların nəticəsində hazırlanıb.

BMT-nin Baş katibi Antonio Quterreş bu faktı, habelə uşaqların hüquqlarının kobud şəkildə pozulmasını yolverilməz adlandırıb. Qeyd edib ki, Somali, Suriya və Nigeriyada azyaşlıları silahlı qruplaşmalara döyüşçü kimi cəlb edirlər. Belə ki, 2018-ci ildə 8 min uşaq hərbi əməliyyatlarda iştirak edib. Bundan başqa, cinayətkar dəstələr uşaqları oğurlayır, işgəncələrə və seksual istismara məruz qoyurlar.

Hesabatda qeyd olunur ki, ötən il qız uşaqlarına qarşı 933 seksual zorakılıq halları qeydə alınıb, lakin bu, yalnız rəsmi rəqəmlərdir və zorakılığın qurbanlarının sayı qat-qat çoxdur. Hesabat dövründə məktəblərə və xəstəxanalara silahlı basqınlar nisbətən azalıb, lakin silahlı münaqişə zonalarında, xüsusən Əfqanıstan və Suriyada bu cür halların sayı xeyli çoxalıb. Təkcə Malidə 827 məktəb bağlanıb, 244 min azyaşlı təhsil hüququndan məhrum olub.

Sənəd müəllifləri qeyd edirlər ki, ötən il hökumət qoşunları tərəfindən uşaqlara qarşı törədilən cinayətlərin sayında da artım var. BMT Baş katibinin silahlı münaqişə zonalarında uşaqların vəziyyəti üzrə xüsusi nümayəndəsi Virciniya Qamba bildirib ki, münaqişələrin uşaqları necə məhv etdiyini görmək çox ağırdır. Onun sözlərinə görə, tərəflər azyaşlıların müdafiəsini həyata keçirməli, onların hüquqlarını pozmamalıdır. Qamba əlavə edib ki, silahlı qruplaşmalarda iştirak edən uşaqları da cinayət məsuliyyətinə cəlb edirlər. Ötən il minlərlə azyaşlı bu ittihamla həbs olunub.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib  VİDEO  FOTO like
  • 31 İyl 21:05  
Siyasət Rusiyanın hərbi gəmiləri Bakıya gəlib VİDEO FOTO

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında "Beynəlxalq Ordu Oy

arrow Ətraflı
Rusiyanın hərbi gəmiləri Bakıya gəlib (FOTO/VİDEO) like
  • 31 İyl 20:58  
Digərləri Rusiyanın hərbi gəmiləri Bakıya gəlib (FOTO/VİDEO)

Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının “Mahaçkala

arrow Ətraflı
Britaniyalı turistlərə Türkiyənin ən görməli məkanlarının siyahısı təqdim edilib like
  • 31 İyl 20:36  
Dünya Britaniyalı turistlərə Türkiyənin ən görməli məkanlarının siyahısı təqdim edilib

"The Telegraph" britaniyalı turistlərə Türkiyədə ən maraqlı ye

arrow Ətraflı
Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının strukturu təsdiqləndi  FOTO like
  • 31 İyl 20:31  
Digərləri Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının strukturu təsdiqləndi FOTO

Bu gün Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və

arrow Ətraflı
Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının strukturu təsdiqləndi (FOTO) like
  • 31 İyl 20:29  
Digərləri Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının strukturu təsdiqləndi (FOTO)

Bu gün Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının (TDTSP) İs

arrow Ətraflı