Qrenlandiyada Avropa istiləri hökm sürür


Digərləri 31 İyl 2019 20:55:00 247 0

Qrenlandiyada Avropa istiləri hökm sürür

Avropanı tərk edən anomal istilər Qrenlandiyaya yönəlib. Dünyanın ikinci buz qalxanı olan ada rekord həcmdə ərimə ilə üz-üzə qalıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, BMT-nin Dünya Meteorologiya Təşkilatı adanın yeni anomal temperatur təhlükəsi ilə üzləşməsi barədə hesabat hazırlayıb. Təşkilatın məlumatına görə, təkcə iyul ayında Qrenlandiyada səthi buxarlanma nəticəsində 160 milyard ton buz əriyib, halbuki, ilin əvvəlində adada anomal hava şəraiti müşahidə olunmayıb.

Arktik buzlaqların əriməsi böyük əraziyə yayılıb və onların sahəsi antirekord dərəcəsində azalıb. Şimal Buzlu okeanının əks tərəfindən Sibirdəki meşə yanğınları da Arktikanın, habelə Alyaska və Kanadanın isinməsinə səbəb olur. Britaniya mətbuatının yazdığına görə, bu yanğınlar nəticəsində atmosferə 120 milyon ton karbon qazı buraxılıb. Bu, bir çox ölkələrin sənaye tullantılarının illik həcmindən artıqdır və əsrin əvvəlindən bəri peyklər tərəfindən qeydə alınan ən böyük emissiyadır.