Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının strukturu təsdiqləndi FOTO


Digərləri 31 İyl 2019 20:31:00 301 0

Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının strukturu təsdiqləndi  FOTO

Bu gün Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan arasındakı qarşılıqlı ticarət və investisiya imkanlarının genişləndirilməsinə dəstək məqsədilə yaradılan Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının (TDTSP) İstanbulda ilk iclası keçirilib. Ölkəmizi bu mötəbər qurumda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev təmsil edib.

Son.az Trend-ə istinadən bildirir ki, iclasın açılışında Türkiyənin Ticarət naziri Ruhsar Pekcan, TOBB (Türk Odalar və Borsalar Birliyi) rəhbəri M.Rifat Hisarcıklıoğlu, Türk Şurasının Baş katibi Bağdad Amreyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Qazaxıstan Beynəlxalq Sahibkarlar Palatasının rəhbəri Ablay Myrzahhmetov və Qırğızıstan Respublikası Ticarət və Sənaye Palatasının rəhbəri Marat Sharshekeev çıxış ediblər.

TOBB-un rəhbəri Rifat Hisarcıklıoğlu çıxışında "Çox şükür, bu böyük layihəni gerçəkləşdirdik", - deyib.

Qeyd edək ki, ilkin mərhələdə TDTSP-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan təmsil olunacaq. Sonradan başqa türkdilli dövlətlərin də daxil olması gözlənilir.

Hisarcıklıoğlunun sözlərinə görə, bu 6 ölkənin 1,1 trilyon dollarlıq iqtisadi dövriyyəsi var və 160 milyonluq əhaliyə sahibdir. Ticarətin ən böyük sülh və rifah qaynağı olduğuna diqqət çəkən Hisarcıklıoğlu, "Biz də öncə, ölkələrimiz arasındakı ticari əngəlləri aradan qaldırmalı, bir-birimizlə ticarəti artırmalıyıq. Avropa Birliyinin bənzəri olan bir uğur hekayəsini, biz də yazmalıyıq. Türkdilli dövlətlərin Biznes Şurası və Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası bu hədəfə çatmağımıza imkan yaradacaq. İnanıram ki, əl-ələ versək, hökumətlərimiz və iş dünyası birlikdə çalışarsa, yeni uğur hekayələrini Türk dünyası da yazacaqdır", deyib.


Xəbərə aid fotolar