Britaniyalı turistlərə Türkiyənin ən görməli məkanlarının siyahısı təqdim edilib


Dünya 31 İyl 2019 20:36:00 250 0

Britaniyalı turistlərə Türkiyənin ən görməli məkanlarının siyahısı təqdim edilib

"The Telegraph" britaniyalı turistlərə Türkiyədə ən maraqlı yerlərin siyahısını təqdim edib. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu siyahıda birinci yeri Fəthiyyə kurortunun 70 kilometrliyində yerləşən Patara tutub. Patara antik Likiya ərazisində yerləşən eyniadlı şəhərin xarabalıqlarıdır. Burada əsasən Roma İmperiyası dövrünə aid çoxsaylı antik abidələr zəmanəmizə qədər gəlib çıxıb. Türkiyənin ən uzun çimərliyi də burada yerləşir.

İkinci yeri Egey dənizi sahilində yerləşən Bodrum kurortu tutub. Üçüncü yerdə Ölüdəniz buxtası gəlir. Bu buxta da Fəthiyyə kurortu yaxınlığında yerləşir və Türkiyə kurortları arasında turistlərin şəkil çəkdirməyə ən çox can atdıqları məkanlardan biridir.

Dördüncü yeri Pataradan şərqdə yerləşən Kalkan kurortu tutub. Kalkan bakirə təbiətli səfalı məkandan avropalıların dəbdəbəli villalarının yan-yana düzüldüyü kurorta çevrilib. Beşinci yerdə Antalya qərarlaşıb və turistlərin əksəriyyətinə onu tanıtmağın heç bir lüzumu yoxdur.

Sonra ardıcıllıqla turistlərin yaxşı tanıdığı digər kurortlar gəlir: Side (6), Alaniya (7) və Çeşmə (8). Doqquzuncu yerdə qərarlaşan Dalyan avropalı pensiyaçılar arasında ən populyar yerdir. İlk onluğu Kəmərdə çınqıllı çimərliyi və ekoloji istirahət imkanları ilə məşhur olan Çıralı qəsəbəsi tamamlayır.