Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının strukturu təsdiqləndi (FOTO)


Digərləri 31 İyl 2019 20:29:07 69 0

Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının strukturu təsdiqləndi (FOTO)

Bu gün Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının (TDTSP) İstanbulda ilk iclası keçirilib.

Bakı. Bu gün Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan arasındakı qarşılıqlı ticarət və investisiya imkanlarının genişləndirilməsinə dəstək məqsədilə yaradılan Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının (TDTSP) İstanbulda ilk iclası keçirilib. Ölkəmizi bu mötəbər qurumda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev təmsil edib. Trend-in məlumatına görə, iclasın açılışında Türkiyənin Ticarət naziri Ruhsar Pekcan, TOBB (Türk Odalar və Borsalar Birliyi) rəhbəri M.Rifat Hisarcıklıoğlu, Türk Şurasının Baş katibi Bağdad Amreyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Qazaxıstan Beynəlxalq Sahibkarlar Palatasının rəhbəri Ablay Myrzahhmetov və Qırğızıstan Respublikası Ticarət və Sənaye Palatasının rəhbəri Marat Sharshekeev çıxış ediblər. TOBB-un rəhbəri Rifat Hisarcıklıoğlu çıxışında “Çox şükür, bu böyük layihəni gerçəkləşdirdik”, - deyib. Qeyd edək ki, ilkin mərhələdə TDTSP-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan təmsil olunacaq. Sonradan başqa türkdilli dövlətlərin də daxil olması gözlənilir. Hisarcıklıoğlunun sözlərinə görə, bu 6 ölkənin 1,1 trilyon dollarlıq iqtisadi dövriyyəsi var və 160 milyonluq əhaliyə sahibdir. Ticarətin ən böyük sülh və rifah qaynağı olduğuna diqqət çəkən Hisarcıklıoğlu, “Biz də öncə, ölkələrimiz arasındakı ticari əngəlləri aradan qaldırmalı, bir-birimizlə ticarəti artırmalıyıq. Avropa Birliyinin bənzəri olan bir uğur hekayəsini, biz də yazmalıyıq. Türkdilli dövlətlərin Biznes Şurası və Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası bu hədəfə çatmağımıza imkan yaradacaq. İnanıram ki, əl-ələ versək, hökumətlərimiz və iş dünyası birlikdə çalışarsa, yeni uğur hekayələrini Türk dünyası da yazacaqdır”, deyib.
Qazaxıstan Azərbaycana buğda ixracını artırmaq istəyir  Səfir like
  • 31 İyl 20:06  
Digərləri Qazaxıstan Azərbaycana buğda ixracını artırmaq istəyir Səfir

Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi son 3 ildə təxmin

arrow Ətraflı
Qazaxıstan Azərbaycana buğda ixracını artırmaq istəyir - Səfir like
  • 31 İyl 20:01  
Digərləri Qazaxıstan Azərbaycana buğda ixracını artırmaq istəyir - Səfir

Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi son 3 ildə təxmin

arrow Ətraflı
"Havana"nın ifaçısı sevgilisi ilə Mayamidə  FOTO like
  • 31 İyl 19:56  
Digərləri "Havana"nın ifaçısı sevgilisi ilə Mayamidə FOTO

Birlikdə klipə çəkildikdən sonra haqlarında eşq iddiaları çıxan məşh

arrow Ətraflı
Türkiyə ətrafında "böyük geosiyasi oyun": Liviyadan Kiprə qədər eyni ssenarinin gizlinləri like
  • 31 İyl 19:50  
Dünya Türkiyə ətrafında "böyük geosiyasi oyun": Liviyadan Kiprə qədər eyni ssenarinin gizlinləri

Yaxın Şərqdə gərginliyin geniş miqyas alması bir neçə səbəblə izah e

arrow Ətraflı
Türkiyəİran sərhədində xüsusi əməliyyat keçirilib like
  • 31 İyl 19:48  
Dünya Türkiyəİran sərhədində xüsusi əməliyyat keçirilib

Türkiyə polisi İranla sərhəddə narkotik tacirlərinə qarşı xüsusi əm

arrow Ətraflı
Türkiyə-İran sərhədində xüsusi əməliyyat keçirilib like
  • 31 İyl 19:46  
Digərləri Türkiyə-İran sərhədində xüsusi əməliyyat keçirilib

Türkiyə polisi İranla sərhəddə narkotik tacirlərinə qarşı xüsusi əm

arrow Ətraflı
"Bir dəfə Hollivudda" Kventin Tarantinonun ən uğurlu filmi olub like
  • 31 İyl 19:45  
Digərləri "Bir dəfə Hollivudda" Kventin Tarantinonun ən uğurlu filmi olub

Kventin Tarantinonun "Bir dəfə Hollivudda" filmi kassa yığımına

arrow Ətraflı
Cavid Qurbanov yeni mətbuat katibi təyin etdi like
  • 31 İyl 19:42  
Digərləri Cavid Qurbanov yeni mətbuat katibi təyin etdi

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) İctimaiyyətlə əlaqəl

arrow Ətraflı
Gürcüstandan gələn maşında siqaret və spirtli içkilər aşkarlandı like
  • 31 İyl 19:39  
Digərləri Gürcüstandan gələn maşında siqaret və spirtli içkilər aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə d

arrow Ətraflı