AQTA Azərbaycanda "qara yara" xəstəliyinin mənbəyinin müəyyən olunması üçün araşdırmalara başladı


Digərləri 31 İyl 2019 20:21:00 255 0

AQTA Azərbaycanda "qara yara" xəstəliyinin mənbəyinin müəyyən olunması üçün araşdırmalara başladı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Sabirabadda iki şəxsin "qara yara" xəstəliyinə yoluxmasının səbəblərinin öyrənilməsi məqsədilə araşdırmalara başlayıb.

Son.az bildirir ki, Agentlikdən Trend-ə verilən məlumata görə, 25 iyu tarixində AQTA-ya Səhiyyə Nazirliyinin Sabirabad rayon Gigiyena və Epidemiologiya Mərkəzindən rayonun İ.İsgəndərov küç. 64. ünvanında yaşayan 1961-ci il təvəllüdlü Heydərov Malik Alış oğlu və həmin küçədə bina 3. ev 23. ünvanında yaşayan 1950-ci il təvəllüdlü Qəfərov Tofiq Heybət oğlunun rayon Mərkəzi Xəstəxanasının infeksiya şöbəsində hospitalizasiya olunması və qarayara xəstəliyinə yoluxma şübhəsi əsasında hər iki şəxsdən müayinə materialları götürülərək İmişli Rayon Taun Əleyhinə Stansiyasına göndərilməsi və nəticələri ilə bağlı əlavə məlumat verilməsi haqqında məktub daxil olmuşdur. Məlumat daxil olduqdan dərhal sonra Agentliyin mütəxəssislərindən ibarət araşdırma qrupu yaradılmış və hadisənin baş verdiyi əraziyə ezam olunmuşdur. Araşdırma qrupu tərəfindən xəstəlik törədicisinin mənbəyinin müəyyən olunması məqsədilə epidemioloji və epizootoloji araşdırmalara başlanılmışdır.

Bu məqsədlə daxil olan informasiyalar təhlil olunaraq, anamnez məlumatlar toplanmış, xəstəliyə yoluxması ehtimal olunan şəxslərin şəxsi təsərrüat sahələrində, heyvanların saxlanıldığı ərazidə kliniki müayinələr həyata keçirilmiş, şəxsi təsərrüfatlarda olan heyvanların peyvəndləmə işləri təhlil olunmuş və heyvanların xəstəliyə yoluxma ehtimalı öz təsdiqini tapmamışdır.

Agentlik əməkdaşları tərəfindən hadisənin baş verməsi ehtimal olunan mümkün səbəblər üzrə araşdırmaların əhatə dairəsi genişləndirilmiş və yoluxma ehtimalı olunan şəxsin qardaşına məxsus heyvan kəsimi məntəqəsinə baxış keçirilmişdir. Kəsim məntəqəsindən müvafiq nümunələr götürülərək aidiyyəti üzrə laboratoriyalara təqdim edilmişdir.

Aparılan araşdırmaların hazırki mərhələsinə qədər həmin şəxslərin təmasda olduğu heyvanlarda və heyvandarlıq təsərrüfatında xəstəlik faktı aşkar olunmamışdır.