Bakıda tanış olduğu sevgilisini yalnız buraxmır FOTO
Şou-biznes 31 İyl 2019 19:34:00 196 0
"Rammstein" qrupunun lideri Till Lindemannla eşq yaşayan ukraynalı müğənni Svetlana Loboda Moskvada konsertə görüntülənib.
Son.az axşam.az-a istinadən xəbər verir ki, konsert zamanı o, qızı ilə Tillin kulisinə gəlib. Onların yanında mühafizəçilər də olub. Loboda iki mahnı dinlədikdən sonra məkandan ayrılıb.
Konsertdən öncə müğənni İnstaqramda tualetdə fotosunu paylaşıb. Görüntüdə Lindemannın portreti yer alıb. Sənətçi olduğu yeri isə Luzniki Stadionu deyə, işarələyib.
Qeyd edək ki, cütlük 2017-ci ildə Bakıda keçirilən "Jara" festivalında tanış olub. Onların ötən il qızı dünyaya gəlib.
Mənbə: milli.az