Qəzaya uğramış hərbi təyyarənin axtarışı ilə bağlı


Digərləri 31 İyl 2019 18:53:00 279 0

Qəzaya uğramış hərbi təyyarənin axtarışı ilə bağlı

Azərbaycanda qəzaya uğramış hərbi təyyarənin axtarışına türkiyəli mütəxəssislər cəlb edilib.

Bu barədə Son.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, bu gün Bakıya gələn Türkiyə Respublikasının aidiyyəti qurumlarının xüsusi avadanlıqlar və qurğularla təchiz edilmiş mütəxəssisləri təlim-məşq uçuşları zamanı qəzaya uğramış hərbi təyyarənin axtarışı üzrə keçirilən əməliyyatlara cəlb olunub.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.


Xəbərə aid fotolar