ADU-da amerikalı tələbələr üçün konsert proqramı təşkil olunub (FOTO)


Digərləri 31 İyl 2019 18:56:00 190 0

ADU-da amerikalı tələbələr üçün konsert proqramı təşkil olunub (FOTO)

Azərbaycan Dillər Universitetində (ADU) amerikalı tələbələr üçün konsert proqramı təşkil olunub.

Bakı. İyulun 31-də Azərbaycan Dillər Universitetində (ADU) amerikalı tələbələr üçün konsert proqramı təşkil olunub. Universitetdə dil proqramı üzrə təhsil alan xarici tələbələr Azərbaycan xalq mahnılarını dinləyiblər, milli musiqimizlə yaxından tanış olublar. Trend-in məlumatına görə, ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova tələbələrə Azərbaycan musiqisinin tarixindən, zəngin folklorumuzdan söhbət açıb. Qeyd olunub ki, xarici tələbələr dil proqramı çərçivəsində həm Azərbaycan, həm də türk dillərini öyrənirlər. Sonda tələbələr Azərbaycan rəqslərini ifa ediblər.