Texniki Universitetinin yeni rektoru kimdir? DOSYE


Digərləri 31 İyl 2019 18:34:00 296 0

Texniki Universitetinin yeni rektoru kimdir?  DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Texniki Universitetinə rektor təyin edilən Vilayət Məmməd oğlu Vəliyev - iqtisad elmləri doktoru (2007), professor (2013), əməkdar elm xadimidir (2014).

Son.az xəbər verir ki, o yeni vəzifəsinə qədər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışıb. Beynəlxalq Enerji İqtisadçıları Assosiasiyasının (IAEE) regional inkişaf məsələləri üzrə Vitse-prezidenti (2018-2020), Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) İqtisad elmləri üzrə ekspert şurasının sədridir (2018-ci ildən). 

V.Vəliyev 1978-ci ildə Sumqayıt şəhəri 49 saylı texniki-peşə məktəbini bitirib.

1978-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tətbiqi riyaziyyat fakültəsini başa vurub.

1985-1989-cu illərdə Azərbaycan Elmlər AKademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunun (DNQYPİ) aspiranturasında təhsil alır.

1990-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək, 05.15.06 (indiki 2525.01) - "Neft-qaz yataqlarının işlənməsi və istismarı" ixtisası üzrə texnika elmləri namizədi elmi dərəcəsi alır.

1992-ci və 1994-cü illərdə Amerika Birləşmiş Ştatlarında Unocal və Pennzoil şirkətlərinin elmi mərkəzlərində birgə tədqiqatlar aparır.

1994-cü ildə Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Enerji İqtisadçıları Assosiasiyasının (IAEE) üzvü, 2017-ci ildəİdarə Heyətinin üzvü, 2018-ci ildə regional inkişaf məsələləri üzrə Vitse- prezidenti seçilir.

1995-1999-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunun (DNQYPİ) doktoranturasında əyani təhsil alır.

1999-cu ildə ABŞ-ın Oklahoma Universitetində (Oklahoma ştatı, Norman şəhəri) "Tək məhsul ixracından asılı keçid iqtisadiyyatları" mövzusunda təhsil alır və birgə tədqiqatlar aparır.

2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika (indiki İdarəetmə Sistemləri) İnstitutunda dissertasiya işini müdafiə edərək, 08.00.13 (indiki 5302.01) - "İqtisadiyyatın riyazi və instrumental üsulları" ixtisası üzrə iqtisad elmləri doktoru elmi dərəcəsi alır.

2000-2004-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsində (fərqlənmə ilə) ikinci ali təhsil alır.

1983-2009-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunda (DNQYPİ) böyük laborant kimi işə başlayaraq, mühəndis, böyük mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi, sektor müdiri və şöbə müdiri vəzifəsinə yüksəlir.