Dövlət satınalmalarında iştirakla bağlı onlayn maarifləndirmə tədbiri keçiriləcək


Digərləri 31 İyl 2019 18:19:47 182 0

Dövlət satınalmalarında iştirakla bağlı onlayn maarifləndirmə tədbiri keçiriləcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dəstəyi ilə sahibkarlar üçün dövlət satınalmalarında iştirakla bağlı onlayn maarifləndirmə tədbiri keçiriləcək.

Bakı. Avqustun 6-da Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dəstəyi ilə sahibkarlar üçün dövlət satınalmalarında iştirakla bağlı onlayn maarifləndirmə tədbiri keçiriləcək. KOBİA-dan Trend-ə bildirilib ki, dövlət satınalmalarını təşkil edən və həyata keçirən aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə keçiriləcək tədbirdə sahibkarlar satınalma prosedurlarına qoşulma, bu istiqamətdə həyata keçirilən islahatlar, tender müsabiqələri ilə bağlı tətbiq edilən yeniliklər, qanunvericilikdə nəzərdə tutulmuş digər qaydalar barəsində məlumatlandırılacaq, onları maraqlandıran suallar cavablandırılacaqdır. Onlayn tədbirə ölkənin istənilən yerindən internetə çıxışı olan kompüter, planşet və mobil telefondan istifadə etməklə qoşulmaq mümkündür. KOBİA-nın ölkənin 14 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları tərəfindən sahibkarların tədbirə qoşulması üçün dəstək göstəriləcəkdir.