Azərbaycan Respublikasının Dövlət Himni işarət dilində hazırlandı VİDEO FOTO


Digərləri 31 İyl 2019 18:03:12 231 0

Azərbaycan Respublikasının Dövlət Himni işarət dilində hazırlandı  VİDEO  FOTO

Azərbaycan Respublikasının Dövlət Himni işarət dilində hazırlanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, layihə "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Layihədə 15 eşitmə məhdudiyyətli gənc iştirak edərək Himni işarət dilində ifa edib, Himn dəfələrlə özfəaliyyət qruplar tərəfindən jest dilində ifa edilsə də, ilk dəfədir ki, dövlət dəstəyi ilə hazırlanaraq cəmiyyətə təqdim olunur.

Layihə rəhbəri Cəmilə Çingizqızı bildirib ki, hazırlanan klip eşitmə məhdudiyyəti olan gənclərin dünyaya mesajı olmaqla yanaşı, həm də Azərbaycançılığın təşviqinə xidmət edəcəkdir.


Xəbərə aid fotolar