Görkəmli kinorejissor Hüseyn Seyidzadənin yaradıcılıq otağının açılışı olacaq


Digərləri 31 İyl 2019 17:32:00 178 0

Görkəmli kinorejissor Hüseyn Seyidzadənin yaradıcılıq otağının açılışı olacaq

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında tanınmış kino xadimlərinin vaxtilə çalışdıqları iş otaqlarının yaradıcılıq otaqlarına çevrilməsi ilə bağlı təşəbbüs həyata keçirilir.

Bakı. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında tanınmış kino xadimlərinin vaxtilə çalışdıqları iş otaqlarının yaradıcılıq otaqlarına çevrilməsi ilə bağlı təşəbbüs həyata keçirilir. 2018-ci ildə başlanılan layihə üzrə indiyədək görkəmli kinorejissorlar, xalq artistləri Rasim Ocaqovun və Tofiq Tağızadənin yaradıcılıq otaqlarının açılışı olub. Mədəniyyət Nazirliyindən Trend-ə bildirilib ki, Milli Kino Günündə Əməkdar incəsənət xadimi, məşhur kinorejissor Hüseyn Seyidzadənin (1910-1979) yaradıcılıq otağının açılış mərasimi olacaq. Tədbir 2 avqust saat 12:00-da “Azərbaycanfilm” kinostudiyasında keçiriləcək.