Almaniyada evsizlərin sayı artıb


Digərləri 31 İyl 2019 17:28:00 205 0

Almaniyada evsizlərin sayı artıb

Almaniyada 650 min evsiz insan yaşayır. Onlardan 375 mini miqrantdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Almaniyanın Evsizlərə Yardım Dərnəyinin rəhbəri Verena Rosenke Berlində keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bir çox əyalətlərdə evsizlərin sayında artım müşahidə edilir. Hətta bəzi əyalətlərdə onların sayı 29 faiz təşkil edir. Evsiz uşaqların sayı 8 faiz, qadınların sayı isə 27 faizdir. V.Rosenke evsizliyə səbəb kimi kirayə haqlarının yüksək olmasını, sosial yaşayış yerlərinin azalmasını və yoxsulluğun artmasını göstərib.