Tanınmış aktyor böyük ekrana qayıtmaq üçün şərtini açıqladı
Digərləri 31 İyl 2019 17:06:00 204 0
Moskvadakı Oleq Tabakov Teatrının bədii rəhbəri Vladimir Maşkov böyük ekrana qayıtmaq üçün şərtini açıqlayıb.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, o, bunu "Parlamentskaya qazeta"ya müsahibəsində söyləyib.
Onun sözlərinə görə, hazırda məşğul olduğu iş yoluna düşsə, yenidən kinoda çəkilməyə başlayacaq. Lakin dərhal əlavə edib ki, hazırkı fəaliyyəti onun çox xoşuna gəlir.
Maşkov deyib: "Əgər böyük məsuliyyət tələb edən işim öz axarına düşsə, bəlkə, onda kino ilə bağlı planlarım oldu".
Mənbə: milli.az