ABŞ işğal olunmuş Qarabağa maliyyə yardımını dayandırır


Siyasət 31 İyl 2019 16:14:00 259 0

ABŞ işğal olunmuş Qarabağa maliyyə yardımını dayandırır

ABŞ administrasiyası işğal altındakı Qarabağ ərazisində minaların təmizlənməsi üzrə dəstəyini dayandırır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Amerikanın Erməni Milli Komitəsinin "Twitter" səhifəsində yazılıb.

Qeyd olunur ki, bir müddət əvvəl ABŞ Nümayəndələr palatasının qəbul etdiyi maliyyələşmə barədə düzəlişə baxmayaraq administrasiya maliyyə dəstəyini dayandırmağa çalışır:

"Bu, USAID tərəfindən maliyyələşən proqramdır. Bu addım ciddi siyasi nəticələrə gətirib çıxaracaq".