ABŞ işğal olunmuş Qarabağa maliyyə yardımını dayandırır


Digərləri 31 İyl 2019 16:01:00 276 0

ABŞ işğal olunmuş Qarabağa maliyyə yardımını dayandırır

ABŞ administrasiyası işğal altındakı Qarabağ ərazisində minaların təmizlənməsi üzrə dəstəyini dayandırır

Bakı. ABŞ administrasiyası işğal altındakı Qarabağ ərazisində minaların təmizlənməsi üzrə dəstəyini dayandırır. Trend-in məlumatına görə, bu barədə Amerikanın Erməni Milli Komitəsinin “Twitter” səhifəsində yazılıb. Qeyd olunur ki, bir müddət əvvəl ABŞ Nümayəndələr palatasının qəbul etdiyi maliyyələşmə barədə düzəlişə baxmayaraq administrasiya maliyyə dəstəyini dayandırmağa çalışır: “Bu, USAID tərəfindən maliyyələşən proqramdır. Bu addım ciddi siyasi nəticələrə gətirib çıxaracaq”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin