Hindistanda daşqınlar:


Dünya 31 İyl 2019 15:52:00 225 0

Hindistanda daşqınlar:

Hindistanın şərqindəki Bihar ştatında daşqınlar nəticəsində azı 130 nəfər həlak olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, 9 milyona yaxın sakin daşqın zonasında qalmaqdadır.

Daşqınlara güclü musson yağışları səbəb olub. Yağıntılar Bihar ştatı ilə yanaşı, Nepalda da davam edir.

Qeyd olunur ki, daşqınlar Bihar ştatının 38 rayonundan 13-nü əhatə edir.