Azərbaycanlı ulduzlar JARA festivalında FOTO


Şou-biznes 31 İyl 2019 15:57:00 236 0

Azərbaycanlı ulduzlar JARA festivalında  FOTO

JARA 2019 beynəlxalq musiqi festivalına bu il qatılan azərbaycanlı müğənnilərin sayı əvvəlki illərlə müqayisədə daha çox olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, Aygün Kazımova səhnədə Filipp Kirkorovla birgə duet səsləndirib.

Bundan başqa, festivalda "Eurovision 2019" müsabiqəsinin iştirakçısı Çingiz Mustafayev, "Eurovision 2014" müsabiqəsinin iştirakçısı Dilarə Kazımova, "Eurovision 2011" müsabiqəsinin qalibi Nigar Camal, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, İlqar Xəyal, "Eurovision 2018" müsabiqəsinin iştirakçısı Aysel Məmmədova, Fidan Hüseynova və "Eurovision 2016" müsabiqəsinin iştirakçısı Səmra Rəhimli iştirak ediblər.