Azərbaycanda islahatlar innovativ sahibkarlığın inkişafını stimullaşdırır


Digərləri 31 İyl 2019 15:52:00 226 0

Azərbaycanda islahatlar innovativ sahibkarlığın inkişafını stimullaşdırır

Son illər Azərbaycanda iqtisadiyyat sahəsində keçirilən islahatlar sahibkarlıq mühitinin inkişafına və innovasiyaların tətbiqinə kömək edib

Bakı. Mətanət Nəsibova, Sara İsrafilbəyova - Son illər Azərbaycanda iqtisadiyyat sahəsində keçirilən islahatlar sahibkarlıq mühitinin inkişafına və innovasiyaların tətbiqinə kömək edib. Trend-in məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədr müavini Faiq Abbasov innovativ sahibkarlığın inkişafına həsr olunmuş tədbir zamanı deyib. O qeyd edib ki, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər innovativ sahibkarlığın inkişafına böyük stimul verib: