Sabirabadda iki nəfərdə "qara yara" aşkarlandı, biri dünyasını dəyişdi


Digərləri 31 İyl 2019 15:37:00 206 0

Sabirabadda iki nəfərdə "qara yara" aşkarlandı, biri dünyasını dəyişdi

Sabirabadda iki nəfərdə qara yara xəstəliyi aşkarlanıb, onlardan biri dünyasıbnı dəyişib.

Bakı. İlhamə İsabalayeva – Sabirabadda iki nəfərdə qara yara xəstəliyi aşkarlanıb, onlardan biri dünyasını dəyişib. Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabirabad Mərkəzi Rayon Xəstəxanasının infeksiya şöbəsinə yüksək hərarətlə 2 nəfər müraciət edib: "İlk oncə onlar hərarətlərinin soyuqdəymədən qalxmasını etimal ediblər. Lakin sonradan vəziyyətlərinin ağırlaşdığını görəndə qohumları xəstəxanaya müraciət etməyi qərarlaşdırıblar. Müayinə zamanı infeksion şöbənin müdiri Fazil Əliyev xəstələrdə qara yara olmasını etimal edib. Bu səbəbdən də alınan nümunələr İmişli Rayon Taun Əleyhinə Stansiyaya göndərib. Nümunələri öyrənən Taun Əleyhinə stansiyanın mütəxəssisləri qara yara xəstəliyi diaqnozunu təstiqləyiblər. Diaqnozu bildikdə qohumları xəstələrin paytaxta aparmaq qərarına gəliblər". Nazirlikdən bildirilib ki, iyul ayının 25-də xəstələr ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. İyulun 29-da xəstələrdən biri – 60 yaşlı kişi dünyasını dəyişib: "Həkimlərin bildirdiyinə görə, yara ölənin sağ əlinin baş barmağında olub. Xəstəxanaya gətirilərkən xəstələr ağır vəziyyətdə olublar. Hazırda ikinci xəstənin müalicəsi davam edir". Qeyd edək ki, bu xəstəlik, xəstə heyvanın emalı zamanı yoluxan infeksiyadır. İnsandan insana keçmir. Bu xəstəlikdən, 2014-cü ildə 10 nəfərdə, 2015-ci ildə 9 nəfərdə, 2016-cı ildə 10 nəfərdə, 2017-ci ildə 6 nəfərdə, 2018-ci ildə 9 nəfərdə, 2019-cu ildə 7 nəfərdə qeydə alınıb. Bu günə qədər xəstəliyə yoluxma ölümlə nəticələnməyib.