Azərbaycanda qənd, xama, kolbasa istehsalı artıb


Digərləri 31 İyl 2019 14:51:00 201 0

Azərbaycanda qənd, xama, kolbasa istehsalı artıb

Bu ilin yanvar-iyun aylarında ötən ilin analoji dövrü ilə müqayisədə içki istehsalı 65,2 faiz, qida məhsullarının istehsalı isə 20 faiz artıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, qeyd edilən müddətdə tütün məmulatlarının istehsalında da artım müşahidə olunub - 14,2 faiz.

Qıda sahəsində digər məhsullar - qənd və şəkər tozu istehsalı isə 2,8 faiz, qaymaq və xama istehsalı 55,4 faiz çoxalıb.

Həmçinin, cem və marmeladların istehsalı 49,9 faiz, kolbasa məmulatlarının istehsalı 45,5 faiz, üzlü süd istehsalı 2,8 faiz, alkoqolsuz içkilərin istehsalı 25,2 faiz artıb.