Türkiyədə mədən çökdü:


Dünya 31 İyl 2019 14:57:00 220 0

Türkiyədə mədən çökdü:

Türkiyənin şimalında Zonquldak vilayətində mədəndə faciə baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, kömür mədənində çökmə olub. Son məlumata görə, dağıntılar altında 2 mədənçi qalıb.

Hazırda hadisə yerinə xilasedicilər cəlb olunub, mədənçilərin həyatlarının xilas edilməsi istiqamətində operativ iş aparılır.

Mədəndə çökmənin hansı səbəbdən baş verdiyi hələ dəqiq məlum deyil. Faktla bağlı araşdırmaya başlanılıb.