"Heç kim bunu qəbul etməzdi, amma sən..."


Şou-biznes 31 İyl 2019 14:40:00 277 0

"Heç kim bunu qəbul etməzdi, amma sən..."

Müğənni Roza Zərgərli qızı Bənövşənin yeni fotolarını sosial şəbəkə izləyiciləri ilə bölüşüb.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi övladının ad günü olduğunu vurğulayıb.

"Ürəyi dünyalar qədər açıq olan qızım, ad günün mübarək. Yaxşı ki, həyatımda varsan, mənə ana, bacı, övlad oldun. Başqa övlad anasının sevgisini başqaları ilə paylaşa bilməzdi, amma sən anladın, sevdin, dayaq oldun. Böyük ürəyin üçün təşəkkürlər. Yaxşı ki, mənim övladım sənsən. Nənəmin adını daşıyan qızım, Bənövşəm", - Roza paylaşımına yazıb.

Qeyd edək ki, Bənövşə Zərgərlinin doğma qızıdır. Sənətçi iki oğlan uşağını övladlığa götürüb.