Həyat yoldaşını maşınla vurub öldürdü


Kriminal 31 İyl 2019 14:35:00 236 0

Həyat yoldaşını maşınla vurub öldürdü

Gəncədə həyat yoldaşını avtomobillə vurub öldürməkdə təqsirli bilinən Eldar Abasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

Məhkəmə hazırlıq iclası avqust ayının 5-nə təyin olunub. Qeyd edək ki, hadisə bu il aprelin 3-də baş verib.