Sevda Ələkbərzadə: “Dolmanı xalqa yaxın olmaq üçün yemirəm”


Şou-biznes 31 İyl 2019 14:18:00 282 0

Sevda Ələkbərzadə: “Dolmanı xalqa yaxın olmaq üçün yemirəm”

Əməkdar artist Sevda Ələkbərzadə azlogos.eu saytına müsahibə verib.

Son.az axşam.az-a istinadən bildirir ki, o, "Xalqın sarı siminə toxunmaq vacibdir" sualını cavablandırıb:

"Müğənnilər arasında muğam boğazları etmədən populyar olan o qədər insan var ki! Bunun, o boğazlara heç bir aidiyyəti yoxdur. Sadəcə, bu millilik bizim içimizdə var. Hətta pop musiqisi deyilən janrda da milli alətlərdən istifadə olunur, ifaçılar milli elementlərdən istifadə eləyirlər. Bizim xalq milli musiqini sevir. Biz niyə milli yeməklər yeyirik? Millətə yaxın olmaq üçün? Biz millətə yaxın olmaq üçün dolma yeyirik?

Mən dolmanı sevirəm, aşı sevirəm, ona görə yeyirəm. Bu, mənim içimdən gəlir, necə yeməyim? Eynilə musiqidə də belədi. Mən azərbaycanlıyam. Necə ola bilər ki, ifa elədiyim musiqidə bu, özünü göstərməsin? Mümkün deyil! Hindli ifa eləyəndə, heç ola bilər ki, hind musiqisinin çalarlarından istifadə eləməsin? Ola bilməz. Biz azərbaycanlıyıq, öz çalarlarımız olmalıdır. Sizin dediyiniz bir az absurd fikirdir".