“Amma... Mən darıxıram...”


Kriminal 31 İyl 2019 14:07:00 264 0

“Amma... Mən darıxıram...”

Xalq artisti Mehriban Zəki şəxsi hesabında 1995-ci ilə aid foto paylaşıb.

Son.az axşam.az-a istinadən bildirir ki, o, "Balaca Şahzadə" əsəri ilə bağlı bölüşdüyü fotoya bu sözləri yazıb:

"Təskinlik verməyi unutmayın... Yox, mənə yox, tamaşanın adı belə idi...

Ötən əsrin 23 dekabr 1995 günü "YUĞ" teatrinda "Təskinlik verməyi unutmayın" adlı tamaşanın premyerası idi - Antuan de Sent Ekzüperinin "Balaca şahzadə" əsəri əsasında. Tamaşa aktyorlar arasında püşk atma sistemi ilə oynanılırdı. Həmin gün bəxtimə şahzadə düşdü.