Azərbaycanda qadın müəllim “rüsvayçı materiallar”la şantaj edildi


Kriminal 31 İyl 2019 13:51:00 195 0

Azərbaycanda qadın müəllim “rüsvayçı materiallar”la şantaj edildi

Hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən Yaqub Zalovun məhkəmə qərarından verdiyi kasasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan prosesdə Yaqub Zalovun ərizəsi elan olunub.

Yaqub Zalov ərizəsində göstərib ki, hazırda kasasiya şikayətinə baxılmasını istəmir. Bu səbəbdən o, kasasiya şikayətinin baxışdan çıxarılmasını və geri qaytarılmasını xahiş edib.

Hakim heyəti onun xahişini nəzərə alıb və kasasiya şikayəti baxılmamış saxlanılıb.

Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra onların apelyasiya şikayətlərinin dəlilləri müəyyən edilib. Təqsirləndirilən şəxslər barələrində olan cəzanın yüngülləşdirilmələrini istəyiblər.

Növbəti proses fevralın 11-də davam edəcək.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yaqub Zalov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilən Səkinə Hümbətovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, şərti cəza alıb və məhkəmə zalından sərbəst buraxılıb.

Yaqub Zalov apelyasiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsini xahiş edib.