Həyat yoldaşını doğmalarının yanında öldürdü


Kriminal 31 İyl 2019 13:34:00 224 0

Həyat yoldaşını doğmalarının yanında öldürdü

Yevlax rayonunda arvadını qətlə yetirməkdə təqsirləndirilən Saday Sadıqovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, ötən il dekabrın 14-də Yevlax rayonunun Meyvəçilik kəndində baş verib. Rayonun Nemətabad kənd sakini, 30 yaşlı S.Sadıqov həyat yoldaşı, 29 yaşlı Vəfa Abışovanı öz doğmalarının gözü qarşısında bıçaqlayıb.

Ağır yaralanan qadın dayısı evinə qaçıb uzaqlaşsa da, xeyli qan itirdiyindən orada ölüb.

Məlumata görə, hadisə baş verməzdən bir neçə gün əvvəl atası evinə gələn V.Abışova ilə həyat yoldaşı arasında mübahisələr yaranıb. Mərhumun anası Saray Abışova kürəkəninin qızını tez-tez döydüyünü, elə bu səbəbdən də onun qaçıb atası evinə gəldiyini deyib. S.Abışovanın dediyinə görə, sonuncu dəfə düşən mübahisəyə isə S.Sadıqovun ailəyə məxsus qoyunları satması səbəb olub.