Avqust ayının hava proqnozu açıqlandı


Digərləri 31 İyl 2019 12:56:00 213 0

Avqust ayının hava proqnozu açıqlandı

Avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.

Bakı. İlhamə İsabalayeva – Avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur. Birinci ongünlükdə ölkə ərazisində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı gözlənilir. Abşeron yarımadasında şimal küləyi üstünlük təşkil edəcək. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 22-27 dərəcə isti (gecələr 20-25, gündüzlər 30-35 dərəcə isti, bəzi günlərdə 38 dərəcəyədək yüksələcəyi) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 6-8 mm) gözlənilir. Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 24-27 dərəcə isti (gecələr 18-23, gündüzlər 32-37, bəzi günlərdə 39-41 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 6-10 mm) gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 17-20 dərəcə isti (gecələr 13-18, gündüzlər 21-26 dərəcə isti, bəzi günlərdə 29 dərəcəyə yüksələcəyi) gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı, bəzi yerlərdə isə bir qədər çox olacağı (32-55 mm) gözlənilir. Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 23-25 dərəcə isti (gecələr 20-25, gündüzlər 30-35 dərəcə isti, bəzi günlərdə 38 dərəcəyə yüksələcəyi) gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı, bəzi yerlərdə isə bir qədər çox olacağı (15-27 mm) gözlənilir.