SOCAR Türkəyədə media qrupu almaq xəbərlərinə münasibət bildirdi


Digərləri 31 İyl 2019 12:45:00 249 0

SOCAR Türkəyədə media qrupu almaq xəbərlərinə münasibət bildirdi

SOCAR-ın Türkiyənin "Demirören" media qrupunda pay sahibi olmaq fikirləri barədə Türkiyə KİV-lərində yayılmış məlumat həqiqətə uyğun deyil.

Son.az xəbər verir ki, bu barədə Trend-ə SOCAR-dan bildiriblər.

Şirkətdən qeyd ediblər ki, sözügedən media qrupunda pay sahibi olmaq kimi bir plan mövcud deyil.

Qeyd edək ki, Türkiyə KİV-ləri SOCAR-ın "Demirören" media qrupunda pay əldə etmək fikrində olduğunu yazıb.