Bu il Bakıda 100-ə yaxın məntəqədə yeni dayanacaq pavilyonu quraşdırılıb (FOTO)


Digərləri 31 İyl 2019 12:25:52 204 0

Bu il Bakıda 100-ə yaxın məntəqədə yeni dayanacaq pavilyonu quraşdırılıb (FOTO)

Vətəndaşlarımıza rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə ictimai nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi işləri davam etdirilir.

Bakı. Vətəndaşlarımıza rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə ictimai nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi işləri davam etdirilir. Trend-in məlumatına görə, daxil olan vətəndaş müraciətləri nəzərə alınmaqla eyni zamanda Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən aparılan təhlillərin nəticələrinə uyğun olaraq bu ilin əvvəlindən indiyədək 100-ə yaxın məntəqədə yeni dayanacaq pavilyonu quraşdırılıb. Ən son Pirallahı rayonunda 6 yeni dayanacaq məntəqəsi təşkil edilib və pavilyon qoyulub. Yeni pavilyonların quraşdırılması ilə yanaşı, mövcud olanlardakı çatışmazlıqlar da aradan qaldırılır. İşlər əsasən ətraf kənd və qəsəbələrdə həyata keçirilir.