Azərbaycanda sahibkarlara 2 milyard manatdan çox güzəştli kredit verilib


Digərləri 31 İyl 2019 11:49:00 317 0

Azərbaycanda sahibkarlara 2 milyard manatdan çox güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu bu günədək 2,3 milyard manat məbləğində güzəştli kredit verib

Bakı. Mətanət Nəsibova - İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu bu günədək 2,3 milyard manat məbləğində güzəştli kredit verib. Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov innovativ sahibkarlığın inkişafına həsr olunmuş tədbirdə deyib. Onun sözlərinə görə layihələrinin ümumi dəyəri 5,2 milyard dollar olan 36 min sahibkar kredit əldə edib.