4 yaşlı uşağın gözü önündə 24 yaşlı həyat yoldaşını öldürdü


Kriminal 31 İyl 2019 11:44:00 240 0

4 yaşlı uşağın gözü önündə 24 yaşlı həyat yoldaşını öldürdü

Bakı Apellyasiya Məhkəməsində keçmiş arvadını öldürməkdə təqsirləndirilən İlkin Abdullayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, İ.Abdullayevin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin oktyabrın 24-də Xətai rayonunda baş verib.

24 yaşlı Səriyyə Abdullayeva yaşadığı evdə keçmiş həyat yoldaşı 27 yaşlı İlkin Abdullayev tərəfindən bıçaqlanaraq qətlə yetirilib.